Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri bu gün iticket.az-da satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Qarşılaşmaya sabah saat 19:30-da start veriləcək.