Şotlandiyada "Aberdin" və "Qarabağ" arasında Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda meydana azarkeş girib.

Rekord.az xəbər verir ki,hadisə 90+2-ci dəqiqədə Azərbaycan təmsilçisinin qapısına penalti təyin olunduğu vaxt baş verib.

Fanatlardan biri Şahruddin Məhəmmədəliyevin qoruduğu qapının qarşısında duraraq, əllərini qaldırıb və azarkeşləri salamlayıb. Onu meydandan stüardlar çıxarıb.

Görüşdən 3:1 hesablı qələbə ilə ayrılan "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.