Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun ilk oyun günündə keçiriləcək qarşılaşmalar üçün təyinatlar açıqlanıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" və "Səbail" arasındakı açılış oyunu Rəşad Əhmədova tapşırılıb.

"Qarabağ" - "Sumqayıt" matçını isə İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
10-cu tur

21 noyabr

14:00. "Sabah" - "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Masazır. "Bank Respublika Arena".

16:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. "Azersun Arena".