“Qarabağ”ın prezidenti Nyonda
- 23 Fev 2024 15:15
- 272
“Qarabağ”ın prezidenti Tahir Gözel və klub nümayəndələri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasında iştirak etmək üçün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahındadır.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu dəqiqələrdə Avroliqanın 1/8 finalının püşkü atılır. Mərasimdə tarixində ilk dəfə bu mərhələyə qədər irəliləmiş Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.