“Qarabağ”ın prezidenti Abdolbari Goozal bu gün komandanı ziyarət edib.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşən klub prezidenti ilə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub. Goozal növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib.

Daha sonra komanda ilə görüşən Abdulbari Goozal "Qarabağ"ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb. Prezident futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün "Keşlə" ilə baş tutacaq oyunda uğurlar arzulayıb.