“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib.

Rekord.az xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözəl oyundan sonra “Qarabağ”ı tarixi uğur münasibətilə təbrik edərək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasına yüksələn komandanın bu nailiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. 

Bu tarixi nəticənin qazanılmasında Qarabağ ruhunun, birıiyinin başlıca rol oynadığını vurğulayan Tahir Gözəl komandaya növbəti oyunlarda uğurlar arzulayıb. 

Klubun prezidenti dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində şəxsən iştirak edəcək. Tahir Gözəl “Qarabağ”ın pley-offdakı rəqibinin müəyyənləşməsini canlı izləyəcək.