“Qarabağ”ın qapıçısı Rusiya millisinə dəvət aldı
- 07 Noy 2023 23:32
- 307
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə dəvət alıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Valeri Karpin Kuba ilə yoxlama görüşü üçün ilkin heyətdə 32 yaşlı qolkiperə də yer verib.
Mütəxəssis ümumilikdə 29 nəfərlik heyət müəyyənləşdirib. Təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.
Rusiya ilə Kuba arasında oyun noyabrın 20-də Volqoqradda baş tutacaq.