“Qarabağ” qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 12-ci turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçəyə razılaşdıqları matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis ölkə xaricinə çıxmağa risk etməyəcəklərini bildirib: "Oyunçularımız haradasa koronavirusa yoluxsa, onların orada qalmaları bizə sərf etmir. Düşündük ki, burada qalaq, oyunçular öz nəzarətimizdə olsun. Bakıda hazırlaşmağımız daha uyğundur".