![photo](https://www.rekord.az/storage/uploads/5/46d3932c-2e4d-379c-8fa4-fce0ac00ebdb-850.jpg)
“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı açıqlandı
- 20 İyl 2023 17:10
- 255
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib.
Rekord.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.
Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.
Komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.