“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə “Sivasspor”u sifariş ərizəsini UEFA-ya təqdim edib.

Rekord.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin siyahısında 21 oyunçu var.

Sivas klubu 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu sifariş edib.

Qapıçılar: 25. Muammer Zülfikar Yıldırım, 30. Mamadu Samassa;

Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Apindanqoe, 8. Robin Yalçın, 14. Samba Kamara, 58. Ziya Erdal, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa;

Yarımmüdafiəçilər: 5. İsaak Kofi, 6. Klaudemir, 10. Yasin Öztekin, 11. Xorxe Feliks, 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan;

Hücumçular: 2. Aruna Kone, 7. Maks-Alen Qradel, 9. Mustafa Yatabare, 29. Kazimir Ninqa, 76. Faysal Fajr, 80. Olarenvaju Kayode

Qeyd edək ki, "Qarabağ" "Sivasspor", "Vilyarreal" (İspaniya) və "Makkabi" (Tel-Əviv, İsrail) komandaları ilə birlikdə İ qrupunda yer alıb. Azərbaycan çempionu ilə Türkiyə klubu arasında ilk oyun noyabrın 5-də səfərdə olacaq. İkinci qarşılaşma isə 3 həftə sonra Bakıda baş tutacaq.