“Qarabağ”ın rəqibi afrikalı yarımmüdafiəçi aldı
- 07 Okt 2020 15:32
- 582
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının "Bidvest Uits" komandasından Rouen Hümanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Avropa Liqasının İ qrupunda "Qarabağ" və "Makkabi" ilə yanaşı, İspaniya "Vilyarreal"ı və Türkiyə "Sivasspor"u da yer alıb. "Qarabağ" "Makkabi" ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq.