Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Almaniya təmsilçisi “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə klubdur.

Rekord.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın 14-cü turunda “Ştutqart”la 1:1 hesablı heç-heçə edib.

Almaniya nəhəngi “Bayern”in uğurlu seriyası bu tur qırılıb. Münhen təmsilçisi “Ayntraxt”a 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, “Bayer” hazırda 36 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Almanlar Avropa Liqasının qrup mərhələsində keçirdikləri 5 görüşün hamısında qalib gəliblər.