Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Finlandiyanın HJK klubunun Bakıya səfər proqramında dəyişiklik edilib.

Rekord.az xəbər verir ki, Helsinki təmsilçisi paytaxta gecə saatlarında təşrif buyuracaq.

Bu səbəbdən baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və komandanın oyunöncəsi son məşqi ləğv olunub.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – HJK matçına saat 20:00-da start veriləcək.