![photo](https://www.rekord.az/storage/uploads/5/5-180.jpg)
“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir
- 28 Avq 2023 12:30
- 292
Sloveniya çempionatında 6-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Lyublyana “Olimpiya”sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Çelye” ilə qarşılaşıb və 2:4 hesabıyla məğlub olub.
“Olimpiya” 6 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.
“Qarabağ”la “Olimpiya” arasındakı ilk qarşılaşma Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların cavab görüşü isə ayın 31-də Bakıda təşkil olunacaq.