Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" ilə qarşılaşacaq Portuqaliyanın "Braqa" komandası Azərbaycana yola düşüb.

Rekord.az xəbər verir ki, sözügedən komandanın Bakıya gələcək heyəti də bəllidir.

Baş məşqçi Artur Jorje səfər görüşü üçün 23 futbolçu seçib.

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek;

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendes, Fransisko Çissumba, Vitor Qomes, Kristian Borxa;

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyo, Pittsi, Joao Moutinyo, Cibril Sumare;

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markos Lopes, Rocer Fernandes, Simon Banza.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.