Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşa çempionu “Rakuv” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub Almaniya “Hannover”indən hücumameyilli yarımmüdafiəçi Sonni Kitteli transfer edib.

Almaniyadan olan 30 yaşlı futbolçu Polşa çempionuna azad agent kimi qoşulub. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

“Ayntraxt”ının yetirməsi olan Kittel “İnqolştadt”da da forma geyinib. O, “Hamburq”da 140 oyuna 36 qol vurub, 40 məhsuldar ötürmə edib.