“Qarabağ”ın rəqibi cərimələndi
- 18 Dek 2024 17:30
- 69
UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən Rumıniyanın “Styaua” klubunu 22000 avro cərimələyib.
Rekord.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.
Klub noyabrın 28-də evdə Yunanıstan təmsilçisi "Olimpiakos"la matçda (0:0) yaşananlara görə ziyana düşüb. “Styaua” "komandanın düzgün olmayan davranışı"na (4 sarı, 1 qırmızı vərəqə) görə 10000 avro, "ictimai keçidlərin bağlanması" ucbatından 12000 avro ödəyəcək.
Rumıniya komandası Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.