Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Hakken" İsveç kubokunda növbəti oyununa çıxıb. 

Rekord.az xəbər verir ki, sözügedən komanda təsnifat mərhələsi çərçivəsində səfərdə "Yonsereds"lə qarşılaşıb.

"Qarabağ"ın rəqibi matçdan 4:1 hesablı qalibiyyətlə dönüb. 

Xatırladaq ki, "Qarabağ"la "Hakken" arasında qrup mərhələsi çərçivəsində baş tutacaq ilk matç oktyabrın 5-də İsveçdə keçiriləcək. Tərəflər arasında növbəti matç isə 14 dekabrda Bakıda baş tutacaq.