“Qarabağ”ın rəqibi darmadağınla mərhələ adladı
- 02 Noy 2023 00:31
- 304
Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Sandhauzen”lə qarşılaşıb və 5:2 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, “Qarabağ” Leverkuzen təmsilçisinə səfərdə 1:5 hesabıyla uduzub. Bu komandaların növbəti oyunu noyabrın 9-da Bakıda baş tutacaq.