"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Niderlandın "Ayaks" komandası heyətini İtaliyanın "İnter" klubundan ayrılan Devi Klassenlə gücləndirib.

 

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Niderland millisinin sabiq üzvü "Ayaks"a azad agent kimi qoşulub. Devi Klassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə "ağ-qırmızılar"ın şərəfini qoruyub.

 

"Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq.