“Qarabağ”ın rəqibi müdafiəçisinin sözləşməsini yenilədi
- 22 Yan 2024 16:30
- 203
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Fransisko Çissumba ilə müqavilənin müddətini uzadıb.
Rekord.az Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı sol cinah müdafiəçisinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Çissumba Portuqaliyanın U-19 millisinin də formasını geyinir.
“Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.