"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv 22-ci turda "Farense"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. 

Bu qələbədən sonra "Braqa" 43 xalla 4-cü pillədə qərarlaşıb.

"Qarabağ" pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də Bakıda baş tutacaq.