Futbol üzrə Kipr çempionatında 5-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Nikosiya “Olimpiakos”u ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

“Omoniya” 5 turdan sonra 4 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.