“Qarabağ”ın rəqibi “Valensiya” ilə heç-heçəyə razılaşdı
- 31 Okt 2019 00:09
- 929
Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Valensiya” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
“Sevilya” hazırda 20 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Ağdam klubu bu rəqiblə ikinci matçını noyabrın 28-də səfərdə keçirəcək.