“Qarabağ”ın rəqibi yenə uduzdu
- 22 Okt 2023 15:42
- 340
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Molde" Norveç çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 26-ci tur çərçivəsində səfərdə “Brann”la qarşılaşıb.
Görüş “Molde”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Molde" hazırda 44 xalla 5-ci pillədə qərarlaşıb.