![photo](https://www.rekord.az/storage/uploads/5/crop-20230907-js1-3675-556460-l.jpg)
“Qarabağ”ın rəqibi yoxlama oyunundan qalib ayrıldı
- 08 Sen 2023 00:03
- 289
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Almaniya klubu Regionalliqa təmsilçisi “Alemanniya Aaxen”lə qarşılaşıb.
Leverkuzen təmsilçisi bu oyundan 4:2 hesablı qələbə ilə ayrılıb.
“Bayer”lə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə, növbəti matç isə noyabrın 9-da Bakıda baş tutacaq.