“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi koronavirus şoku
- 09 Avq 2021 20:29
- 550
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 12-də “Qarabağ”la cavab oyununa çıxacaq Kiprin AEL komandasının kollektivi Bakı səfəri öncəsi koronavirus testindən keçib.
Rekord.az xəbər verir ki, futbolçulardan birinin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Bu barədə Limassol klubunun rəsmi saytı məlumat yayıb. Koronavirus aşkarlanan oyunçunun adı açıqlanmayıb.
Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - AEL matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb.