Futbol üzrə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün Polşada "Qarabağ"ı qəbul edəcək "Legiya" klubu problemlə üzləşib.

Rekord.az xəbər verir ki, Varşava təmsilçisinin əməkdaşında koronavirus aşkarlanıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testi mənfi çıxıb.

Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.