“Qarabağ”ın rəqibində koronavirus şoku: 4 yoluxma
- 20 Noy 2020 19:00
- 553
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı 4-ə çatıb.
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa yoluxanlardan ikisi əsas heyət üzvüdür. Virusa yoluxanların adları açıqlanmayıb.
Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.
Avropa Liqasının qrup mərhələsinin növbəti turunda İstanbuldakı “Başakşəhər” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da oynanılacaq.