Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşanın “Legiya” klubunda yeni təyinat gerçəkləşib.

Rekord.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Legiya”nın çalışdırıcısı Çeslav Mixneviçə yeni köməkçi təyin olunub. Daha əvvəl “Lex” klubunda çalışan Przemslav Maleçki bundan sonra “Legiya”da Mixneviçik köməkçisi olacaq.

“Legiya” – “Qarabağ” matçı oktyabrın 1-də keçiriləcək.