“Qarabağ”ın rəqibindən 3 cavabsız qol
- 03 Noy 2019 21:38
- 893
Futbol üzrə Lüksemburq çempionatında 11-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Düdelanj” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Differdanj”la qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 3:0.
11 oyuna 16 xal toplayan “Düdelanj” hazırda 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Lüksemburq təmsilçisi ilə “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı ikinci matç isə dekabrın 12-də Bakıda keçiriləcək.