“Qarabağ”ın rəqibindən ayrıldı
- 31 Dek 2024 18:30
- 96
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Olimpiakos"da ayrılıq baş verib.
Rekord.az xəbər verir ki, məşhur futbolçu Villian Yunanıstan təmsilçisi ilə yollarını ayırıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.
Braziliya millisinin sabiq üzvü "Çelsi", "Arsenal", "Fulhem" kimi klublarda çıxış edib. 36 yaşlı yarımmüdafiəçi "Olimpiakos"un heyətində 11 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib. Bu ilin sentyabr ayında "Olimpiakos"a keçən Villianla mövsümün sonuna qədər müqavilə imzalanmışdı.
"Qarabağ" Avropa Liqasının 8-ci turunda - yanvarın 31-də "Olimpiakos"la Yunanıstanda qarşılaşacaq.