“Qarabağ”ın rəqibindən “Bayern”lə məhsuldar heç-heçə
- 16 Sen 2023 00:44
- 325
Almaniya Bundesliqasında 4-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” səfərdə son çempion “Bayern”lə qarşılaşıb. Dörd qolluq bu matçda qalib müəyyənləşməyib. Bu, hər iki komandanın cari mövsümdəki ilk xal itkisidir.
Almaniya Bundesliqası
4-cü tur
15 sentyabr
Bayern – Bayer 2:2
Qollar: H.Keyn, 7. L.Qoretska, 86 – Qrimaldo, 24. E.Palasios, 90+4-pen.