Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında qələbə qazanıb.

Rekord.az xəbər verir ki, adıçəkilən komanda 20-ci turda öz meydanında “Moreyrense”ni üstələyib.

Abel Ruisin 8-ci dəqiqədə vurduğu yeganə qol “Braqa”ya 1:0 hesablı qələbə qazandırıb. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Artur Jorjenin kollektivi bu nəticə sayəsində xallarının sayını 40-a çatdırıb.

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.