
“Qarabağ”ın rəqibindən daha bir transfer
- 2022-08-12 19:30
- 284
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) komandası son 2 gündə 3-cü transferini gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, Plzen təmsilçisi Macarıstan çempionu “Ferentsvaroş”dan nigeriyalı hücumçu Forçun Akpan Bessini icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
“Viktoriya” ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı da transfer etmişdi.
“Qarabağ” Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək. Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu mübarizədən kənarlaşdırıb.