Futbol üzrə Kipr çempionatında 3-cü turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Doxa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1. 73-cü dəqiqədə qapısından qol buraxan, 85-ci dəqiqədə azlıqda qalan sözügedən komanda, qələbəni 90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla qazanıb.

“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.