![photo](https://www.rekord.az/storage/uploads/5/hjk-ifkm-230805b-mira-lonnqvistjpg-1175x725-q85-box-012225601702-crop-detail-subsampling-2.jpg)
“Qarabağ”ın rəqibindən inamlı qələbə
- 06 Avq 2023 16:41
- 302
“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HJK Finlandiya çempionatında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Helsinki təmsilçisi evdə “Mariehamn”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın rəqibi bu qələbə sayəsində 37 xalla çempionatın liderinə çevrilib. KuPS ilə SJK isə 35 xalla 2-3-cü yerləri bölüşürlər.
“Qarabağ”la HJK arasındakı ilk görüş avqustun 10-da Bakıda, cavab görüşü bir həftə sonra Helsinkidə baş tutacaq.