“Qarabağ”ın rəqibindən növbəti qələbə
- 29 Okt 2023 23:07
- 273
Almaniya Bundesliqasında 9-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son günündə 2 görüş baş tutub.
“Ayntraxt”la Dortmund “Borussiya”sı arasındakı 6 qolluq qarşılaşmada qalib müəyyənləşməyib. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Bayer” isə doğma meydanda “Frayburq”a qalib gəlib.
Hazırda 25 xala malik “Bayer” vahid liderdir. “Bayern” 23 xalla ikincidir. “Ştutqart”la Dortmund “Borussiya”sı 21 xal toplayıblar.
Almaniya, Bundesliqa
9-cu tur
29 oktyabr
Bayer – Frayburq 2:1
Qollar: Virts, 36. Hofman, 60 – Qulde, 70.