“Qarabağ”ın rəqibindən növbəti transfer
- 23 Okt 2020 16:20
- 712
Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan İsrailin “Makkabi” (Təl-Əviv) klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Disması transfer edib.
Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Novatus Dismas Tanzaniyanın U-21 yığmasının da üzvüdür.
"Makkabi" qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.