"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya kubokunda 3-cü tur oyununa çıxıb.

Rekord.az xəbər verir ki, komanda səfərdə "Nasyonal"la qarşılaşıb. Matçda "Braqa" 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra isə Bakıda olacaq.

"Nasional" - "Braqa" 1:3
Qollar: Qomes, 61 - Moutinyo, 15-pen; Niakate, 25, Horta, 44.