Yunanıstan çempionatında 17-ci tura yekun vurulub. 


Rekord.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” turun son matçında səfərdə “Panetolikos”la qarşılaşıb. 


Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Bu qələbə sayəsində xallarının sayını 37-yə çatdıran “Olimpiakos” yenidən turnir cədvəlində liderliyə yüksəlib. “Panetolikos” isə 23 xalla altıncı pillədə qərarlaşıb. 


“Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.