“Qarabağ”ın rəqibindən səfərdə çətin qələbə
- 22 Okt 2023 00:14
- 231
Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.
Yalnız “Frayburq”un doğma meydanda “Bohum”a qalib gəldiyi oyun istisna olmaqla, qalan bütün oyunlar qonaqların qələbəsiylə yekunlaşıb. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Bayer” bu dəfə “Volfsburq”a qalib gəlib. “Bayern” isə “Maynts”ı yenib.
Almaniya Bundesliqası
8-ci tur
Volfsburq – Bayer 1:2
Qollar: Lakrua, 41 – Frimponq, 13. Qrimaldo, 62.