![photo](https://www.rekord.az/storage/uploads/5/185727-5ir6tjijai.jpg)
"Qarabağ"ın rəqibindən uğurlu start
- 23 İyl 2023 11:45
- 286
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Rakuv" Polşa çempionatında yeni mövsümün ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda "Yagelloniya" ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, "Qarabağ"la "Rakuv" arasında ilk oyun iyulun 26-da Polşada keçirəcək. Cavab matçı avqustun 2-də Bakıda olacaq.