“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL futbolçusu Nikolas Yoannu ilə yeni müqavilə imzalayıb. 

 

Rekord.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

 

Bildirilir ki, Kipr təmsilçisi 23 yaşlı müdafiəçinin müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. 2014-cü ildən APOEL-də çıxış edən Yoannunun əvvəlki sözləşməsinin müddəti 2021-ci ilin yayına qədər idi.

 

“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 24-də Bakıda məhz APOEL-ə qarşı keçirəcək.