
“Qarabağ”ın rəqibinə 1 qol bəs etdi
- 23 Noy 2020 10:00
- 588
Futbol üzrə İsrail çempionatında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Hapoel” (Hadera) ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ardıcıl ikinci qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 9 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də baş tutacaq.