“Qarabağ”ın rəqibinin 2 futbolçusunda koronavirus aşkarlandı
- 24 Sen 2021 19:00
- 468
“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan “Kayrat” klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevin koronavirus testi müsbət çıxıb.
“Kayrat” H qrupunda “Qarabağ”, “Omoniya” (Kipr) və “Bazel”lə (İsveçrə) mübarizə aparır. Almatı təmsilçisi qrupun ilk oyununda evdə Kiprin “Omoniya” komandası ilə bərabərə qalıb – 0:0.
“Qarabağ” qrupdakı ilk matçında “Bazel”lə 0:0 hesablı heç-heçə edib.