Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" İspaniya Primerosunun 8-ci turunda səfərdə "Barselona"ya 0:4 hesabı ilə uduzub.

 

Rekord.az xəbər verir ki, Andalusiya təmsilçisinin baş məşqçisi Xulen Lopeteqi oyundan sonra açıqlamasında, məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Üzücü məğlubiyyət oldu. Çünki məğlubiyyətə layiq deyildik. Hər şeyi çox yaxşı etdik, cəsarətli oynadıq. Oyundan əvvəl daha çox üzərində işlədiyimiz şeyləri meydanda tətbiq etməyə çalışdıq. Amma "Nou Kamp"da qalib gəlmək istəyirsinizsə, hər şeyi dəqiqliklə yerinə yetirməlisiniz. Üstəlik şans da yanınızda olmalıdır".