Futbol üzrə Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.

Rekord.az xəbər verir ki, bu ada “Tottenhem”dən (İngiltərə) Harri Keyn, HJK-dan (Finlandiya) Rop Riski, “Bazel”dən (İsveçrə) Mixael Lanq və “Partizan”dan (Serbiya) Lazar Markoviç namizəd olub.

“Bazel” H qrupunda “Qarabağ”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.

Qalib, UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.