“Qarabağ”ın rəqibləri İsveç çempionatında növbəti oyunlarını keçiriblər
- 01 Sen 2024 19:00
- 152
"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri "Malmö" və "Elfsborq" İsveç çempionatında növbəti oyunlarına çıxıblar.
Rekord.az xəbər verir ki, sözügedən komandalar 21-ci turda matçlarını müvafiq olaraq evdə və səfərdə keçiriblər.
Birincilər “Yurqorden”i dörd cavabsız qolla üstələyib. Digər kollektiv isə "Brommapoykarna” ilə heç-heçə edib - 3:3.
"Malmö" 48 xalla liderdir. "Elfsborq" 33 xalla 6-cı pillədə qərarlaşıb. "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də evdə, "Elfsborq"la dekabrın 11-də səfərdə oynayacaq.