“Qarabağ”ın rumınlarla matçında slovakiyalı referi
- 14:40
- 34
Bakıda "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun oyununun təyinatları bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunu FIFA referisi Filip Qlova idarə edəcək. Ona Daniel Polaçek və Peter Bednar kömək göstərəcək. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək. VAR-da Mihal Oçenaş, AVAR-da Martin Dohal əyləşəcək.
Görüşün hakim-inspektoru isveçli Martin Hansson, UEFA nümayəndəsi isə belaruslu Natalya Vorobyova olacaq.
"Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.